Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı kəndlərdə barama ilə bağlı görülmüş işlərlə tanış olub

30 may 2019 | 16:00

Tovuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı məqsədilə davamlı tədbirlər həyata keçirilir.  "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublikası Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq rayonda məqsədyönlü işlər görülür. Bunun nəticəsidir ki, rayonda barama istehsalı ildən-ilə artır. Belə ki, ötən il  rayonda 9 ton 781 kiloqram barama istehsal edilmişdir. Bu əvvəlki ildəkindən  2 min 911 kiloqram çoxdur. Bu il isə kümçülər tərəfindən 13 ton yaş baramanın yetişdirilməsi nəzərdə tutulub.
Bu gün Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda ipəkqurdu paylanılmış Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Cəlilli və Düz Cırdaxan kəndlərində olub, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.
Kümçülər bildirib ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb.
Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı tapşırıq və tövsiyələrini verib.

Keçidlər