Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 28 May Respublika günü münasibətilə toplantı keçirilmişdir

27 may 2019 | 16:00

Rayon ictimaiyyəti nümayəndələrinin, idarə-müəssisə və təşkilat rəhbərlərinin, gənclərin qatıldığı tədbirdən əvvəl Tovuz şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Tovuz Heydər Əliyev Mərkəzində keçirilən tədbiri rayon icra hakimyyətinin başçısı Məmməd Məmmədov açaraq bildirmişdir ki, hər il may ayının 28-də Respublika gününü qeyd edərkən xalqımız qürur hissi keçirir, Azərbaycan Xalq Cümhuriyyətinin  şərəfli tarixi ilə fəxr edir.
28 May 1918-ci ildə Şərqdə ilk demokratik respublika- Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyət cəmi 23 ay yaşasa da, xalqımızın yaddaşında silinməz izlər buraxmışdır.
  Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazanandan sonra böyük Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək ölkədə sabit dövlətçilik ənənələri yaratmışdır. İndi  respublikamızı davamlı inkişaf yoluna çıxarmış Ümummilli lider kimi xalqımızın qəlbində yaşayır.
Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  tərəfindən uğurla gerçəkləşdirilir.
Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan cənab Prezident iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə verdiyi hər bir vədini layiqincə yerinə yetirir. Bu gün dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə baxmayaraq, ölkə vətəndaşları əmindirlər ki, cənab İlham Əliyevin yeritdiyi siyasət respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirəcəkdir. 
M. Məmmədov rayon ictimaiyyətini 28 May Respublika günü münasibətilə təbrik edərək müstəqil Azərbaycanın tərəqisi naminə fəaliyyətlərində uğurlar arzuladı.
Sonra  “28 May milli qürur günümüzdür”  mövzusunda Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbin müəllimi Rəvanə Verdiyeva, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu”  mövzusunda Tovuz Heydər Əliyev Məkəzinin direktoru Humay Aslanova, “Şərqdə ilk parlamentli respublika” mövzusunda Dondar Quşçu kənd məktəbin müəllimi Tural Qasımov çıxış etmişlər.
Çıxışların əsas leytmotivini belə bir müddəa təşkil etmişdir ki, XX əsrin əvvəllərində zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı Şərqdə ilk demokratik respublika yaratsa da həmin dövrdə onu qoruyub saxlamaq mümkün olmadı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdan böyük Heydər Əliyev milləti və ölkəni məhv olmaq təhlükəsindən xilas edərək Azərbaycanın dövlət müstəqiliyyinin əbədiliyini, dönməzliyini və sarsılmazlığını təmin etdi. Bu günkü müstəqil Azərbaycan böyük Heydər Əliyevin şah əsəridir. İndi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev alternativsiz Heydər Əliyev siyasətini uğurla davam etdirərək Azərbaycanın yüksək sosial-iqtisadi inkişafını təmin etmişdir.

Keçidlər