Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu Tovuzda iftar süfrəsi təşkil edib

26 may 2019 | 16:00

May ayının 26-da Tovuzda Heydər Əliyev Fondu on bir ayın sultanı, ruzi-bərəkət, mərhəmət ayı olan Ramazan ilə bağlı iftar süfrəsi təşkil edib. İftar süfrəsində 350-dən artıq rayon sakini iştirak edib.
Oruc tutan ziyalıların, ictimaiyyət nümayəndələrinin  iştirak etdikləri mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Çıxışçılar dindarları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildiriblər.
Qafqaz Müsəlmanları Ruhani idarəsinin səlahiyyətli numayəndəsi, Tovuz məscidi dini icmasının sədri rayon imamı Nəriman İbayev  müqəddəs ayın fəzilətindən, məziyyətlərindən danışdı, bu ənənənin Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatdı, ulu öndərin və vətən uğrunda şəhid olanların ruhuna dualar oxudu. Bugünkü siyasi sabitlik və bolluğa görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edən imam rəhbər işçilərin dindarlarla bir süfrədə əyləşməsini müstəqilliyimizin bəhrəsi kimi dəyərləndirdi.

Heydər Əliyev Fondu tərəfindən  açılan iftar süfrəsinə dəvət olunan oruc tutan rayon sakinləri öz çıxışlarında hamıya xoş günlər və cəadət arzuladılar. Diqqətə çatdırılıb ki, Azərbaycanda hökm sürən inkişafın, birliyin, vicdan azadlığının təməlində ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Ulu öndərin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlıq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli -mənəvi dəyərlərin qorunub saxlanmasında və inkişaf etdirilməsində Birinci Vitse- Prezident,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır.

Heydər Əliyev Fondunun açdığı iftar süfrəsində rayonun din xadimləri müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzulayıblar.

Keçidlər