Şriftin ölçüsü :

Saytın rəngi :

Regional konfrans keçirilmişdir

21 may 2019 | 16:00

“Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən konfrans iştirakçıları əvvəlcə Tovuz şəhərinin mərkəzində ucaldılan Azərbaycan xalqının Ümummili Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Heydər Əliyev Mərkəzində öz işinə başlayan konfransı Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, respublikada bir müddətdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  rayon icra hakimiyyətləri ilə birgə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfranslar keçirir.
Növbəti belə konfrans Tovuzda baş tutur.
M. Məmmədov tədbirə qatılanları, eyni zamanda bütün qonaqları salamlayaraq konfransı açıq elan etmişdir. Sonra qeyd etmişdir ki, bu gün müstəqil Azərbaycan Respublikasında nümunəvi dövlət-din siyasəti həyata keçirilir. İndi bizdə başqa ölkələrə nümunə olacaq dövlət-din modeli qurulmuşdur və bu, Azərbaycan xalqının mənafeyinə xidmət edir. Cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə tolerantlıq mühiti qorunub saxlanır. Eyni zamanda Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində milli-mənəvi dəyərlərimiz cilalanaraq daha da inkişaf etdirilir.
  Digər bölgələrdə olduğu kimi Tovuz rayonunda da dini etiqad azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində xeyli işlər görülüb. Rayonda dini durum sabitdir. Müasir çağırışlara uyğun olaraq  multikulturalizmin təşviqi, dini maarifçiliyin aparılması və dini radikalizmlə mübarizə sahəsində ardıcıl işlər görulür.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı geniş çıxış etmişdir.
Daha sonra konfransın gündəliyində duran məsələ ətrafında  Milli Məclisin deputatı Qənirə xanım Paşayeva çıxış etmişdir.
Konfransı yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı M. Məmmədov demişdir ki, ölkəmizdə iqtisadi inkişaf yüksək sürətlə davam edir. Cənab Prezidentin son vaxtlar imzaladığı Fərman və sərəncamlar əhalinli müxtəlif təbəqələrinin sosial rifahının yüksəlməsinə səbəb olur.
Bu günkü konfransımız da respublikada həyata keçirilən uğurlu sosial sosial siyasətdən doğan milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dini duruma həsr olunmuşdur.
Burada çox dəyərli fikirlər səsləndi və tədbirimiz də çox səmərəli keçdi. İnanırıq ki, həmin müddəalar  fəaliyyətdə nəzərə alınacaqdır.
Konfrans növbəti gün rayonunun məktəb direktorları, direktorların təlim-tərbiyə işləri üzrə müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin iştirakı ilə panel iclası şəkilində öz işini davam etdirəcəkdir.

Keçidlər