Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraxanlı kəndində səyyar qəbul-görüş keçirilmişdir

15 may 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü Qaraxanlı kəndində keçirilmişdir. Səyyar qəbulda  İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, yerli təşkilatların nümayəndələri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprel ayının 30-da keçirilmiş Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr ounmuş iclasına diqqət yetirmiş və bildirmişdir ki, cənab Prezident 2019-cu ilin ölkəmiz üçün uğurlu bir il olduğunu qeyd etmiş, ilin birinci rübündə əldə olunan sosial-iqtisadi göstəriciləri ətraflı təhlil etmiş, qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını vermişdir. Cənab Prezident nitqində bir daha diqqəti vətəndaş-məmur münasibətlərinə yönəltmiş, bütün məmurlara xalqa ləyaqətlə xidmət etməyi tapşırmışdır.
Rayon rəhbəri ötən ilin axırları və bu ilin birinci rübündə ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamların, həyata keçirilən uğurlu layihələrin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəldildiyini qeyd edib. Buna misal olaraq əmək haqqının, təqaüdlərin, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına, tələbələrə verilən təqaüdlərin artırılmasını, problemli kreditlərin həll olunması və bunun kimi onlarla işləri qeyd etmişdir.
M. Məmmədov rayonda aparılan abadlıq quruculuq işlərindən, həyata keçirilən infrasturuktur layihələrindən, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərdən söz açmış, vətəndaş müraciətlərinə baxılması, onların qanuni hüquqlarının qorunmasının gündəlik nəzarətdə saxlanıldığını vurğulayaraq  Səyyar qəbul-görüşdə iştirak edən  sakinləri fəal olmağa çağırmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, kənd sakinlərinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Onlar   içməli su və suvarma suyu, yol təmiri, təbii qaz, elektrik enerji təminatı, pensiyanın təyin edilməsi, müalicəsi ilə bağlı köməklik göstərilməsi, iş və başqa məzmunlu müraciətlər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

 

 

Keçidlər