Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

10 may 2019 | 16:00

 

   Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin möhtəşəm abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
  Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə xalq sevgisinin nəticəsi kimi qədirbilən tovuzlular da aramsız axınla ziyarətə gələrək millətin böyük oğluna hörmət və ehtiramlarını bildirmişlər. Rayon ictimaiyyətinin qatıldığı tədbir öz qələbəliyi ilə diqqəti çəkmişdir. Xalqın böyük oğlunun doğum gününü qeyd etməyə gələnlər sırasında əhalinin müxtəlif qurupları ilə yanaşı valideyinləri ilə birgə əllərində gül dəstələri tutmuş kiçik yaşlı uşaqların olması liderə ümumxalq sevgisindən xəbər verir. Milləti məhv olmaqdan xilas edən Heydər Əliyevə qadınların, anaların və gənc nəslin belə yüksək ehtiram göstərməsi ömrünü xalqımıza həsr edən liderimizə  ən böyük məhəbbətin təzahürüdür.
   Ümummilli liderin möhtəşəm abidəsi önünə qızıl güllər və tər qərənfillərlə yanaşı Tovuzun dağ kəndlərindən gələnlər öz əlləri ilə dərdikləri nərgiz və bənövşə dəstələrini sayğı ilə düzmüşlər.
  Tədbirdə iştirakçılar bir daha Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılmasında  xidmətlərindən geniş bəhs etmişlər. Müzakirələrdə vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan indi yüksək sosial-iqtisadi inkişaf mərhələsini yaşayır.
Sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayonun incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.

 

 

 

 

Keçidlər