Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndinin sakinləri yüksək əhval-ruhiyyədədir

08 may 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü rayonun sərhəd kəndi olan Hacıalılı kəndində keçirilmişdir. Səyyar qəbulda  İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, yerli təşkilatların nümayəndələri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək ilk öncə keçən ilin avqust ayında Hacıalılı kəndində keçirilmiş səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılmış təkliflərin və tənqidi qeydlərin icrasına nəzər yetirmiş, onların əksəriyyətinin öz həllini tapdığını diqqətə çatdırmışdır.
M. Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprel ayının 30-da keçirilmiş Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr ounmuş iclasına diqqət yetirmiş və bildirmişdir ki, cənab Prezident 2019-cu ilin ölkəmiz üçün uğurlu bir il olduğunu qeyd etmiş, ilin birinci rübündə əldə olunan sosial-iqtisadi göstəriciləri ətraflı təhlil etmiş, qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını vermişdir. Cənab Prezident nitqində bir daha diqqəti vətəndaş-məmur münasibətlərinə yönəltmiş, bütün məmurlara xalqa ləyaqətlə xidmət etməyi tapşırmışdır.
M. Məmmədov rayonda aparılan abadlıq quruculuq işlərindən, həyata keçirilən infrasturuktur layihələrindən, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərdən söz açmış, vətəndaş müraciətlərinə baxılması, onların qanuni hüquqlarının qorunmasının gündəlik nəzarətdə saxlanıldığını vurğulayaraq  Səyyar qəbul-görüşdə iştirak edən  sakinləri fəal olmağa çağırmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri Əhməd Əsgərov, Rəhim Mehralıyev, Valeh Nəbiyev, Kərəm Məmmədov, Ülfət Əhmədov, Hidayət Qasımov ilk öncə ölkədə aparılan islahatlardan məmnun olduqlarını ifadə etmiş, müraciətlərinə operativ münasibət göstərildiyinə görə razılıqlarını bildirmiş, müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar   içməli su və suvarma suyu, yol təmiri, ünvanlı sosial yardım, evinin təmir olunması, iş və başqa məzmunlu müraciətlər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər