Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kümçülərə 325 qutu barama qurdu paylanılıb

06 may 2019 | 16:00

Tovuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı məqsədilə davamlı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsulların istehsalı ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində zəruri işlər görülür.
Ötən il  rayonda 9 ton 781 kiloqram barama istehsal edilmişdir. Bu əvvəlki ildəkindən  2 min 911 kiloqram çoxdur. Bu gün isə 325 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 84 kümçüyə paylanıldı. Cari ildə rayonun 30 yaşayış məntəqəsində ipəkqurdu bəslənəcəkdir. Kümçülərin 13 ton barama istehsal edəcəyi gözlənilir.
Kümçülər onlara əvəzsiz olaraq barama qurdu verildiyinə və baramaçılığın inkişafına göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər