Şriftin ölçüsü :

Saytın rəngi :

Nüfuzlu ağsaqqalın yubleyi qeyd olunmuşdur

01 may 2019 | 16:00

Tovuz rayon Ağsaqqallar Şurasının sədri Fərman Hüseyn oğlu Nağıyev 1938-ci ildə Əsrik Cırdaxan kəndində anadan olmuş, 50 ildən artıq bir müddət ərzində doğma kəndində sovxoz direktoru, rayon aqrokombinatının direktoru, rayon meşə mühafizə və bərpası idarəsinin direktoru və digər rəhbər vəzifələrdə çalışmış, Azərbaycanın Xalq Deputatı olmuş və rayon, Respublika səviyyəli bir sıra mühüm vəzifələr daşımışdır. F. Nağıyevin əməyi dövlət və hökümət təltifləri ilə mükafatlandırılmışdır.
Ümumrayon hörməti qazanmış Fərman Nağıyevin 80 illik yubleyi Əsrik Cırdaxan kəndindəki doğma ocağında müxtəlif əhali qruplarının təmsil olunduğu böyük izdihamla qeyd olunmuşdur. F. Nağıyevin ictimai-siyasi fəaliyyəti nəzərə alınaraq ona Tovuz rayon İcra hakimiyyətinin Fəxri Fərmanı təqdim edilmişdir. Eyni zamanda rayon icra hakimiyyəti başçısı M. Məmmədovun yubilyara təbriki oxunmuşdur. Təbrikdə deyilir ki, rayon ağsaqqallarının ləyaqətli nümayəndəsi və rəhbəri kimi Siz böyük Heydər Əliyev ideallarının təbliğində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin həyata keçirilməsində yerli hakimiyyət orqanlarının yaxın köməkçisi kimi fəallıq göstərirsiniz. Bu şərəfli fəaliyyətinizdə bundan sonra da Sizə yeni-yeni uğurlar arzulayıram.
Hörmətli Fərman müəllim! 80 illik yubleyiniz münasibətilə bir daha Sizi ürəkdən təbrik edir və möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıram.
Sonda yublyara qiymətli hədiyyə təqdim olunmuşdur.

Keçidlər