Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəbəqədər uşaq tərbiyə müəssisələrinə qayğı

24 aprel 2019 | 16:00

Rayondakı məktəbəqədər uşaq tərbiyə müəssisələri də rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bu günlərdə Abulbəyli kənd 2 №-li körpələr evi-uşaq bağçasında olmuş, həmin müəssisənin maddi-texniki təminatı ilə tanış olmuşdur. M. Məmmədov kiçik yaşlı uşaqların əyləncəli tədris oyununda iştirak etmiş sonra onlarla birlikdə yemək süfrəsi arxasında əyləşmişdir. RİH başçısına məlumat verilmişdir ki, göstərilən təlabkarlıq nəticəsində son dövrlər uşaq tərbiyə müəssisələrinin maddi-texniki təminatı yaxşılaşmış, ərzaq məhsullarının kefiyyəti yüksəldilərək çeşidi artırılmışdır.
M. Məmmədov kollektivlə görüş zamanı bildirmişdir ki, ölkəmizdə uşaqların sağlam böyüməsi və gənc nəslin hərtərəfli inkişafına daim böyük qayğı göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müntəzəm olaraq uşaq tərbiyə müəssisələrinə yüksək diqqət yetirirlər. Yerli icra hakimiyyəti orqanı kimi biz vəzifəmizin icrası olaraq bundan sonra da rayondakı məktəbəqədər tərbiyə müəssisələrində yüksək şərait yaradılması üçün lazımi təşkilati işlər görüb əlaqədar strukturların məhsuliyyətini gücləndirmək məqsədilə tələbkarlıq göstərəcəyik.

Keçidlər