YAP Tovuz Rayon Təşkilatı Gənclər Birliyinin Konfransı keçirilib
Tovuz rayon Gənclər Evində Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir. YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər. Bundan sonra onlar Gənclər Birliyinin konfranslararası dövrdəki fəaliyyətini əks etdirən video-çarxa tamaşa etmişlər. Konfransı YAP Tovuz rayon təşkilatının Gənclər Birliyinin sədri Nihad Pənahov açmışdır. Sonra o hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş və bunun nəticəsində ölkədə yüksək intelektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd etmişdir. Sonra o Gənclər Birliyinin hesabat dövründə gördüyü işlər, qazandığı uğurlar barədə məlumat vermişdir.
Sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon təşkilatının sədri Məzahir Bayramov, Milli Məclisin deputatı Naqif Həmzəyev, fəal gənclər Yaqub Qasımov, Nigar Ağasəli, Ayşən Əliyeva çıxış edərək ölkəmizin sosial iqtisadi, ictimai mədəni həyatında gənclərin uğurlarından danışıblar, rayon təşkilatı Gənclər Birliyinin Fəaliyyini təqdir etməklə yanaşı, qarşıda duran aktual məsələləri diqqətə çatdırmışlar.
Konfransın təşkilati məsələlərə baxılmış Nihad Məmmədtağı oğlu Pənahov YAP Tovuz rayon təşkilatı GB-nin sədri seçilmişdir. Eyni zamanda şuranın 31 nəfərdən ibarət tərkibi, həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilmişdir.
Rayon təşkilatı Gənclər Birliyi şurasının ilk iclasında 9 nəfərdən ibarət idarə heyyəti və sədr müavinləri seçilmişdir.