Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Biz artıq 10 000 000-luq ölkəyik, xalqımızı təbrik edirik!” adlı möhtəşəm tədbir keçirilmişdir

07 aprel 2019 | 16:00

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə əlaqədar Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev Meydanında rayonun bütün əhali yaş qrupuna daxil olanların, geniş ictimaiyyət nümayəndələrinin, gənclər və qadın təşkilatlarının qatıldığı böyük xalq tədbiri keçirilmişdir.
Rayon icra hakimiyyətinin təşkil etdiyi, yüksək coşqunluq və fəallıq şəraitində keçirilən bayram tədbirində əvvəlcə rayon gənclərinin nümayəndələri “Gözün aydın Azərbaycan, 10 milyonuncu vətəndaşın dünyaya gəldi!” devizi altında “Flashmob” keçirmişlər. Həmin aksiyanı bayram iştirakçıları hərarətlə qarşılamış və fləşmob tədbirə çoşqu və yeni xoş ovqat gətirmişdir.
Rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivlərinin nümayəndələri geniş bayram proqramı ilə çıxış etmişlər. Konsert proqramının leytmotivini “Cəngi”, “Misri”, “Qəhrəmanı” xalq havalarını ifa edən qara zurna üçlüyünün, aşıqların və sazçılar qrupunun musiqi nömrələri təşkil etmişdir. Musiqi sədaları ətrafa yayıldıqca sevinci aşıb daşan tovuzlular qol götürüb oynayaraq konsert proqramına yeni rəng qatmışlar.
Axşamdan xeyli keçənədək davam edən tədbir böyük və davamlı  bayram atəşfəşanlığı ilə yadda qalmış, əhaliyə xoş ovqat bəxş etmişdir.

 

 

 

Keçidlər