Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 6 rayondan olan məktəbliləri Tovuz rayonuna səfər etmişlər

17 mart 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 15-dən 18-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib. Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Kürdəmir, Balakən, Qax, Zaqatala, Saatlı və Sabirabad məktəblilərindən ibarət 6 qrupun üzvlərini rayon icra hakimiyyətinin nümayəndələri qarşılayıb. Ümumilikdə 240 nəfər şagird və onlara rəhbərlik edən müşayətçilərini proqrama uyğun olaraq Tovuz şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkının qarşısında rayon icra hakimiyyəti başçısının müavini T. Bayramova qarşılayaraq salamlamış, rayon haqqında məlumat vermiş, aksiyanın işində müvəffəqiyyət arzulamışdır. Qonaqlara Novruz hədiyyəsi olan səmənili xonça hədiyyə edilmişdir. Rayonun istedadlardan ibarət “Misri” gənc aşıqlar qrupunun çıxışı marağa səbəb olmuşdur. Tur-aksiya iştirakçıları əsrarəngiz gözəliyyə malik Heydə Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olaraq orada dolğun proqramla zəngin gəzintidə iştirak etmişlər. Daha sonra rayonun rəmzi emblemi haqqında, onun mənaları barədə iştirakçılara dolğun məlumat verildikdən sonra iştirakçılar Tovuzun 40 ədəd qala və qalaçasından soraq verən “Dairəvi qala” ilə tanış olmuşlar. Burada şagirdlərə  rayonun və Azərbaycanın tarixi torpaqları haqqında əyani vəsaitlər əsasında məlumat verilmişdir.
Maarifləndirici xarakter daşıyan tədbir iştirakçılarında Tovuzdakı unikal əhəmiyyətə malik eramızdan əvvəl II minilliyə aid Göytəpə protoşəhər abidəsi də böyük təəssurat doğurmuşdur.
Təsdiq olunmuş proqrama uyğun olaraq qeyd edilən 6 rayonun məktəbliləri Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edərək oranın zəngin kompozisiyası ilə tanış olmuşlar. Qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.
Azərbaycanda 6-cı dəfə keçirilən tur-aksiyanın bu dəfəki iştirakçıları da Tovuz rayonundan zəngin təəssuratla ayrılmışlar.

Keçidlər