Şriftin ölçüsü :

Saytın rəngi :

Azaflı kəndində səyyar qəbul-görüş keçirilmişdir

13 mart 2019 | 16:00

Səyyar qəbul-görüşdə ilk öncə  rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, 2019-cu il ölkəmizdə sosial-iqtisadi sahədə keyfiyyətcə yeni mərhələnin  başlanğıcıdır. İlin ötən dövründə vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən islahatlar onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi vətəndaşının yanındadır və onun siyasətinin mərkəzində insan amili dayanır. Son günlərdə ölkə başçısı tərəfindən sosial müdafiə sahəsində  imzalanan Sərəncamlar təxminən 3 milyona yaxın insanı  əhatə edir. Bununla da dövlət büdcəsinin üçdə birindən çoxu sosial xərclərə yönəlmiş olur ki, bu da büdcəmizin sosial yönümlü olduğunun əlamətidir. Ölkə başçısının da söylədiyi kimi bu sərəncamlar davamlı olacaqdır.
Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Azaflı kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri Maral Yusibova, Məhərrəm İbrahimov, Fikrət Sarıyev, Samaya Məmmədova, Tofiq Hüseynov, Zakir Abdıyev, Ceyhun Quliyev, Qəzənfər Eminov, Nəriman Qurbanov və başqaları müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. İlk öncə ölkəmizdə aparılan sosial islahatlara görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edən sakinlər  suvarma və içməli su, elektrik enerjisi, yeni yaşayış massivinə təbii qaz çəkilişi, iş, həyətyanı torpaq sahəsi ilə təmin olunma və başqa mürəciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər