Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilmişdir

04 mart 2019 | 16:00

Martın 4-də Tovuz Olimpiya İdman kompleksində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli lider H. Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüblər.
Tədbir Tovuz Olimpiya İdman kompleksində davam etdirilib. İlk öncə tədbir iştirakçıları rayon Gənclər və İdman İdarəsinin illik fəaliyyətini əks etdirən video çarxa baxıblar.
Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsini dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğısının daha bir bariz nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tovuz rayonunda da bu sahənin inkişafına, idmanın kütləviliyinə diqqət artırılıb, beynəlxalq standartlara cavab verən yeni idman qurğuları, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi tikilib.
Rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov 2018-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir.
İdman sahəsində fərqlənən idmançı və məşqçi-müəllimlər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman ilə təltif edilmiş və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
İdman mütəxəssisləri və idmançılar çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər