Tovuz rayonunda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunmuşdur.
Qarşıdan gələn Novruz bayramı ərəfəsində Tovuz şəhərindəki “Turan” ticarət mərkəzində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil edilmişdir.
Yarmarkada rayonun kəndlərində istehsal olunan kartof, soğan, sarımsaq, üzüm, alma, nar, tərəvəz, qoz-fındıq, heyva, evlərdə hazırlanmış təbii şirələr, turşular, mürəbbələr, yumurta, mal və qoyun əti, toyuq əti, pendir, şor, nehrə yağı, süd, süzmə, və digər məhsullar satışa çıxarılmışdır.Yarmarkada malların dəyəri bazar qiyməti ilə müqaisədə 15-20% aşağı qiymətlərə təklif olunur.
Rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri yarmarkaya gələrək ehtiyaclarına uyğun onlara sərfəli qiymətlərlə alış-veriş etmişlər. Sakinlər şəhər ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının təşkilindən razı qalmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yarmarkaya baş çəkmiş, məhsul istehsalçıları və sakinlərlə görüşmüş, onları dinləmiş və yarmarkanın işinin təşkili ilə bağlı tövsiyələrini vermişdir.
Tovuz şəhərindəki “Turan” ticarət mərkəzində mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunacaqdır.