Şriftin ölçüsü :

Saytın rəngi :

Düz Qırıqlı kəndində səyyar qəbul-görüş keçirilib

20 fevral 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Düz Qırıqlı kəndində  keçirilmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmış, Düz Qırıqlı kəndinin sosial-iqtisadi inkişafı haqqında fikirlərini bölüşmüş, vətəndaşlardan onları maraqlandıran məsələlər barədə sərbəst və açıq şəkildə müraciət etməyi xahiş etmişdir.
Görüşdə çıxış edən kənd sakinləri ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə, sosial-iqtisadi tərəqqiyə və regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər onları narahat edən bir sıra məsələləri dilə gətirmişlər. Belə ki, şəkərli diabet xəstələri üçün verilən pulsuz dərmanların kənd ərazisində paylanması, ərazidə bankomatın quraşdırılması, elektrik təchizatı, körpələr evi-uşaq bağçasının əsaslı təmiri barədə və digər təklif və tənqidi qeydlər səsləndirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov vətəndaşların səsləndirdiyi hər bir məsələyə diqqətlə yanaşmış, təklif və tənqidi qeydlərin araşdırılması və qanunauyğun tədbirlərin görülməsi barədə İH başçısı aparatının məsul işçilərinə və aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir.

 

 

Keçidlər