Abulbəyli kəndində səyyar qəbul-görüş keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Abulbəyli kəndində keçirilmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmış, Abulbəyli kəndinin sosial-iqtisadi inkişafı haqqında fikirlərini bölüşmüş, vətəndaşlardan onları maraqlandıran məsələlər barədə sərbəst və açıq şəkildə müraciət etməyi xahiş etmişdir.
Görüşdə çıxış edən kənd sakinləri ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə, sosial-iqtisadi tərəqqiyə və regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər onları narahat edən bir sıra məsələləri dilə gətirmişlər. Belə ki, vətəndaşlar içməli su, suvrama suyu, elektrik təchizatı, təbii qaz təchizatı, sosial yardım, evinin təmiri, kənd tam orta məktəbinin və körpələr evi-uşaq bağçasının əsaslı təmiri, kənd ərazisində xeyir-şər evinin tikilməsi, müalicə və iş tələbi, kəndin əsas arxlarının təmizlənməsi, küçələrin işıqlanması, ailə-məişət problemləri barədə və digər təklif və tənqidi qeydlər səsləndirmişlər.
Bütün müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verilmiş, bəzi tapşırıqların icrası nəzarətə götürülmüşdür.