Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90- illik yubileyi münasibəti ilə ali hərbi məktəblərə və liseylərə daxil olmaq üçün hazırlaşan ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə Tovuz rayonunda “Kross” yarışı keçirilmişdir.

25 aprel 2013 | 15:00

Aprelin 24-də 2013-cü il  tarixdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Tovuzda bu il hərbi məktəblərə hazırlaşan 209 şagirdin ümumrayon toplantısı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gələrək, ulu öndərin abidəsi önünə əklil və tər çiçək dəstələri qoymuş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri “N” saylı hərbi hissədə davam etdirmək üçün şagirdlər 5 kilometrlik məsafəyə yürüş keçirmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının maraqlarını hər şeydən uca tutan ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı hərbi məktəblər indi dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ordu quruculuğunda əvəzsiz rol oynayır. İndiki nəsillər dahi Heydər Əliyevin fəaliyyətinin şah əsəri olan müstəqil Azərbaycanda peşəkar zabit kadrlarının yetişdirilməsində müstəsna xidmətlər göstərən həmin tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində Prezident, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli qayğısını hiss edirlər.
Natiq son dörd ildə 320 nəfər tovuzlunun ölkənin hərbi məktəblərinə daxil olduğunu qeyd edərək bildirmişdir ki, bu il rayon məktəblərinin XI siniflərində təhsil alan 209 şagird hərbi məktəblərə daxil olmağa çalışırlar. Çünki mənfur qonşularımızla 69 kilometrlik ərazidə həmsərhəd olan Tovuz rayonunun gəncləri bilirlər ki, düşmən tapdağı altındakı torpaqlarımızı azad etmək üçün dövlətimizin bacarıqlı hərbçilərə ehtiyacı vardır.
Sonra hərbi hissəyə yürüşdə birinci yerə çıxan Düz Qırıqlı kənd orta məktəbinin şagirdi Seyfəddin Yüsifov, ikinci nəticə göstərən Bayramlı kənd orta məktəbinin şagirdi Elçin Ələkbərov və üçüncü yeri tutan Dondar Quşçu kənd orta məktəbinin şagirdi Fazil Vəliyev rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər