Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət naziri Tovuzda vətəndaşları qəbul edib

08 fevral 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın   8-də Tovuz  şəhərində olub.

Nazir Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Şəmkir, Göygöl və Daşkəsən rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl nazir Əbülfəs Qarayev və rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz  şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Qəbulda ayrı-ayrı rayonlardan olan 24 nəfərin təklif və tənqidi qeydləri dinlənilib.Vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Qəbuldan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev və rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin və Bayraq Muzeyinin tikintisinə baş çəkmiş, görülən işlərlə yerində tanış olmuşlar.


 

Keçidlər