Şriftin ölçüsü :

Saytın rəngi :

Qədirli kəndində körpələr evinin-uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir

07 fevral 2019 | 16:00

Açılış mərasimini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısının Qədirli kənd İƏD üzrə nümayəndəsi Elşən Böyükkişiyev açmışdır.

Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov əsaslı təmirdən sonra kənd körpələr evi-uşaq bağçasının açılışı münasibəti ilə kənd sakinlərini və bağçanın kollektivini təbrik etmişdir.

Cənab M.Məmmədov qeyd etmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə çox böyük müvəffəqiyyətlə sosial yönümlü siyasət həyata keçirir. Bunun nəticəsində son 15 ildə ölkəmizdə mükəmməl sosial infrastruktur yaradılıbdır. Gələcəyimiz olan uşaqların təlim–tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti ardıcıl iş aparır. Davamlı olaraq məktəbəqədər təhsil müəssisələri tikilib istifayədə verilir.  Bu sırada Tovuz rayonunda da müəyyən işlər görülməkdədir.   Keçən il Heydər Əliyev Fondunun dəstəyi ilə  Tovuz şəhərində 2 uşaq bağçası tikilib istifadəyə verilmiş, BP şirkətinin maliyyə dəstəyi ilə  Xatınlı kəndində uşaq bağçasının binası əsaslı təmir edilmişdir. Hazırda Qovlar şəhərində  dövlət vəsaiti hesabına 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.

Gənc nəsilin təlim-tərbiyəsi, biliklərə yiyələnməsi  uşaq bağçalarından başlayır. Nəzərə alsaq ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər təhsilə çox böyük fikir verməlidirlər, çünki bugünkü dünyada bilik, savad ön plandadır. Uşaqlarımız milli ruhda tərbiyə almalıdır ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını onlar layiqincə qoruya bilsinlər.
Azərbaycanda daxili vəziyyət sabitdir və sürətli quruculuq işləri aparılır. Belə bir şəraitdən yararlanaraq biz rayonda fəaliyyət göstərən uşaq bağçalarının hamısında qayda yaratmaq, onların maddi-texniki bazasını möhkəmləndirmək, təminatını yaxşılaşdırmaq fikrindəyiq. Bunlar bizim işimizdir. Eyni zamanda uşaq bağçalarında çalışan pedogoji kollektivlər onlara göstərilən dövlət qayğısından lazımınca yararlanmalı, bu qayğıya əməli işləri ilə cavab verməlidirlər. Bu işdə valideyin Şuraları da fəal olmalıdırlar.
Çıxışının sonunda cənab M.Məmmədov Qədirli kəndində uşaq bağçasının binasını əsaslı təmir etdiklərinə görə BP şirkətinin rəhbərliyinə, burada  zəhməti olan hər kəsə təşəkkürünü bildirmişdir.
Sonra BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək şirkətin həyata keçirdiyi sosial yönümlü layihələrdən danışmış,Qədirli kəndində əsaslı təmir olunmuş məktəbəqədər təhsil müəssisəsinin pedoqoji kollektivinə uğurlar arzulamış və bu kimi layihələrin davamlı olacağını bildirmişdir.
Kənd sakini çıxış edərək Qədirli kəndində uşaq bağçasının köhnə binasında belə keyfiyyətli təmir işləri aparıldığına və kənd sakinlərinin istifadəsinə verildiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.
Sonda əsaslı təmirdən sonra körpələr evi–uşaq bağçasının açılışını bildirən rəmzi lent kəsilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov və BP şirkətinin vitse-prezidenti cənab Bəxtiyar Aslanbəyli bağçada yaradılmış şəraitlə tanış olmuşlar.

 

 

Keçidlər