Şriftin ölçüsü :

Saytın rəngi :

Əlimərdanlı kəndində səyyar qəbul-görüş keçirilmişdir

06 fevral 2019 | 16:00

Səyyar qəbul-görüşdə ilk öncə  rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır.

Qeyd olunmuşdur ki, bu il yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında və  yanvar ayının 29-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda cənab Prezident son 15 ildə, o cümlədən 2018-ci ildə ölkəmizdə  görülən işləri geniş təhlil etmiş və Azərbaycanın bundan sonrakı inkişaf hədəflərindən bəs etmişdir, qarşıda duran vəzifələri müəyyənləşdirilmişdir.
Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Əlimərdanlı kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.
Səyyər qəbul-görüşdə iştirak edən kənd sakinləri Güllü İsgəndərova, Rical Quliyev, Məhəmməd Məmmədtağıyev, Elxan Qasımov, Saleh Kərimov, Hüseyin Məstanov,Rafiq Nəsirov, Aybəniz Sadıqova və Ətlaz Kərimova müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar   mədəniyyət evinin mühafizəsini təşkil olunmasını, kənd həkim məntəqəsinə qaz xəttinin çəkilməsini, kəndin ərazisindən keçən yüksək gərginlikli xəttlərdə təmir işlərinin aparılmasını, 2 ədəd subartezian quyusunun qazılmasını, kənd məktəbinin dam örtüyünün təmir olunmasını, çoxmənzilli  yaşayış binasının  təmirini təklif etmişlər.
Müraciəti nəzərə alınaraq şəhid ailəsinin üzvü Ətlaz Kərimovaya münasib iş təklif olunmuşdur.
Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

 

Keçidlər