Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 2 fevral Gənclər günü qeyd edilmişdir

01 fevral 2019 | 16:00

Tovuz  Gənclər Evində rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, rayon gənclər və idman idarəsinin rəis müavini V. Abdullayev, YAP Tovuz rayon təşkilatı aparatının məsul işçisi N. Pənahov, gənclər evinin direktoru R. Rüstəmov və başqaları çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış gənclər siyasətinin bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələbləri və əsrin çağırışları nəzərə alınmaqla uğurla davam etdirilməsindən, müstəqil Azərbaycanın layiqli vətəndaşları yetişdirilməsi üçün gənclərin hərtərəfli qayğı ilə əhatə olunmasından, Azərbaycan gənclərinin ölkəmizdə nümunəvi təhsil alıb həyatda öz layiqli yerlərini tutması ilə yanaşı dünyanın aparıcı universitetlərində təhsil almaları üçün həyata keçirilən Dövlət Proqramlarından fəxrlə danışmışlar.
Razılıq hissi ilə qeyd olunmuşdur ki, Azərbaycandakı 44 Olimpiya Kompleksindən biri də Tovuzdakı möhtəşəm olimpiya idman kompleksidir. Həmin kompleks bu gün Tovuz gənclərinin ixtiyarına verilmişdir və gənc nəslin daha da inkişafı, gələcəyə hazırlanması üçün dövlət çox böyük sosial yönümlü proqramlar həyata keçirir.
Tədbirdə 2018-ci ildə rayon gənclərinin idman sahəsində əldə etdiyi nəticələri və gənclərin ictimai-siyasi fəaliyyətini əks etdirən video çarx nümayiş olunmuşdur. 2018-ci ildə fərqlənən gənclərə Tovuz rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. Axırda gənclər gününə həsr olunmuş konsert təşkil edilmişdir.

Keçidlər