Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Qovlar şəhərində hesabat yığıncağı keçirilmişdir

30 yanvar 2019 | 16:00

Qovlar şəhərində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov, ərazidə yaşayan əhalinin bir qrupu və xidmət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Hesabat məruzəsi ilə RİH başçısının Qovlar şəhər İƏD üzrə nümayəndəsi Oruc Binnətov çıxış etmişdir.
Hesabat məruzəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, bununla həmahəng olaraq Tovuz rayonunda da davamlı quruculuq işlərinin aparıldığı, bir sıra infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunduğu qeyd olunmuşdur.
Bildirilmişdir ki, 2018-ci ildə Qovlar şəhərində  abadlıq quruculuq işləri sürətlə davam etdirilmiş beleki N. Nərimanov  prospektinə yenidən asfalt  beton  örtüyü  qoyulmuş, Şəhriyar küçəsində abadlıq işləri görülmüş, Vağzal küçəsindən Dönük Qırıqlı kəndinə gedən yola 700 metir piyadalar üçün səki salınmış,  İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya əsaslı  təmir olunmuşdur.
Nümayəndəlik  ərazisində 4022 təsərrüfat  olmaqla 15310 nəfər əhali yaşayır. Ərazidə 5 məktəb, 1 Kollec, 1 şəhər  xəstəxanası, bir 7 illik uşaq musiqi məktəbi, 2 məktəbəqədər uşaq müəssisəsi, 3 kitabxana, 1200 yerlik  1  elektron tipli ATS, 1 Poçt  və xeyli sayda ticarət və ictimai iaşə obyektləri fəaliyyət göstərir.
Hesabat ilində 891 ha taxıl, 83 ha kartof,  2 ha tərəvəz, 18 ha qarğıdalı, 44 ha yonca əkilmiş 17 ha üzüm bağı salınmışdır.
Şəhər əhalisi fasiləsiz olaraq  elektrik enerjisindən istifadə edir, əhaliyə göstərilən kommunal xidmətlər nümayəndəliyin diqqət mərkəzindədir. Hər ay bütün enerji  daşıyıcılarının  dəyəri  sakinlər  tərəfindən  vaxtında ödənilməsi təmin edilir.
Hesabat yığıncağı açıq diskusiyalar şəraitində keçmiş, sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, Qovlar şəhərinin müəyyən sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini səsləndirmiş, fikirlərini söyləmişlər.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov geniş məzmunlu çıxış etmiş, diqqəti 11 yanvar 2018-ci il tarixdə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda cənab İlham Əliyevin  nitqinə yönəltmiş, ölkəmizdə əldə olunan nailiyyətlərə toxunmuş, cənab Prezidentin çıxışının hər bir dövlət orqanı üçün konkret fəaliyyət istiqaməti olduğunu qeyd etmişdir.
R. Zeynalov Tovuz rayonunda aparılan quruculuq işlərindən danışmış, Qovlar şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı sakinlərlə geniş fikir mübadiləsi aparmışdır.

Keçidlər