Aşağı Quşçu kəndində hesabat yığıncağı keçirilmişdir
“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində müvafiq qrafik üzrə hesabat yığıncaqlarının keçirilməsi davam edir. 28 yanvar tarixində İH başçısının Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəsinin hesabatı dinlənilmişdir.
Hesabat yığıncağında icra nümayəndəsi Aslan Sadıqov məruzə ilə çıxış etmişdir. Məruzədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, eyni zamanda rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilmiş, Aşağı Quşçu kəndinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur.
Hesabat yığıncağı açıq diskusiyalar şəraitində keçmiş, sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, Aşağı Quşçu kəndinin müəyyən sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini səsləndirmiş, fikirlərini söyləmişlər.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov geniş məzmunlu çıxış etmiş, diqqəti 11 yanvar 2018-ci il tarixdə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab İlham Əliyevin nitqinə yönəltmiş, ölkəmizdə əldə olunan nailiyyətlərə toxunmuş, cənab Prezidentin çıxışının hər bir dövlət orqanı üçün konkret fəaliyyət istiqaməti olduğunu qeyd etmişdir.
R. Zeynalov Tovuz rayonunda aparılan quruculuq işlərindən danışmış, Aşağı Quşçu kəndinin sosial-iqtisadi inkişafı ilə bağlı sakinlərlə geniş fikir mübadiləsi aparmışdır.