Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə toplantı keçirilmişdir

08 mart 2013 | 16:00

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov açmış və bu bayramın əhəmiyyətindən, ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan geniş danışaraq ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkəmizin gələcək inkişafı naminə gənclərimizin milli dövlətçilik ruhunda tərbiyə olunmasında bundan sonra da qadınlarımız bütün qüvvə, bilik və bacarıqlarını sərf edəcəklər. Azərbaycanın qazandığı bütün uğurlarda qadınlar misilsiz xidmətlər göstərmişdir. Müstəqil Azərbaycan dövlətinin inkişafına qadınlarımızın verdiyi töhfələr möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən daim yüksək qiymətləndirilir. Cənab Prezidentin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki, Respublikamızın ictimai siyasi həyatında fəal iştirak edən bir qrup qadınlara fəxri adların verilməsi deyilənlərə əyani sübutdur.
Rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova, mərkəzi rayon xəstəxanasının həkimi Aybəniz Dəmirova, “Qərənfil” uçaq bağçasının müdiri Sevda Səfərova, A. S. Puşkin adına Tovuz şəhər orta məktəbinin lobarantı Amirə Sultanova, Tovuz şəhər poliknikasının həkimi Aynur Qarayeva çıxış edərək qadınları bayram münasibətilə təbrik etdilər. Sonda bayram münasibətilə rayonun ictimai siaysi həyatında fəal iştirak edən bir qrup qadına rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı və tədbirdə iştirak edən qadınlara gül, qiymətli hədiyyələr verilmişdir.

Keçidlər