Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən Müharibəsi şəhidi Eltac Əlizadənin atasının dəfn mərasimi keçirilib.

08 oktyabr 2026 | 10:12

Tovuz rayonunun Çatax kəndində 44 günlük Vətən müharibəsi şəhidi Əlizadə Eltac İsmayıl oğlunun atası Abdıyev İsmayılın dəfn mərasimi keçirilib.

Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, onlara səbir diləyiblər.

Qeyd edək ki, Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. X. Cəfərov adına Çatax kənd tam orta məktəbində və Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, 2020-ci il oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu Çatax kəndində dəfn edilib.

Şəhid Eltac Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin.

 

Keçidlər