Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda qanvermə aksiyası keçirilib

30 sentyabr 2026 | 16:57

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, xüsusilə irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair mühüm sərəncamlar imzalanıb, bu sahədə ardıcıl tədbirlər həyata keçirilib.

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində də irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə, xəstəliklərin profilaktikasına və sağlam donor qanı ilə təminata xüsusi diqqət yetirilir. Proqram çərçivəsində Respublika Qan Bankı tərəfindən paytaxt və regionlarda mütəmadi olaraq könüllü qanvermə aksiyaları təşkil olunur.

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və  Səhiyyə Nazirliyinin Respublika Qan Bankının təşəbbüsü ilə Tovuz rayonunda könüllü qanvermə aksiyası təşkil olunub.

Tovuzda keçirilən aksiyada müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri könüllü olaraq qan veriblər. Aksiyada toplanan qanın irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması nəzərdə tutulur.

       
Keçidlər