Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2026 | 11:45

1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon prokuroru Maarif Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Tovuz şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Bildirilib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və hüquqi dövlət quruculuğu istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirilir. Prokurorluq orqanları qanunçuluğun və hüquq qaydasının təmin olunması, cinayətkarlıqla mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm vəzifələr həyata keçirir.

Tədbir çərçivəsində Tovuz rayon prokurorunun müstəntiqi, III dərəcəli hüquqşünas Məmmədova Aytac Bəhman qızına Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub

Sonda xatirə şəkli çəkdirilib.

 
Keçidlər