Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə konsert keçiriləcək

12 iyun 2026 | 12:36

15 iyun 2026-cı il tarixdə, saat 19:00-da Tovuz şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının milli qurtuluş gününə həsr olunmuş  konsert keçiriləcəkdir.

Konsertdə məşhur müğənnilər Azərbaycan Respublikasının əməkdar artisti İlkin Əhmədov, İlhamə Qasımova, Zəminə Dərvişova, Cəlil Novruzov, Ruslan Nağdəliyev, Turan Şirinov və Gəncə Dövlət Universitetin nəzdində Regional Kollecin Qənbər Hüseynli adına İnstrumental ansambl iştirak edəcəklər. Tədbir möhtəşəm atəşfəşanlıq nümayışı ilə yekunlaşacaq.

 Tovuz Rayon İcra Hakimiyyəti rayon sakinlərini və rayonumuzun qonaqlarını konsertə dəvət edir.

 

Keçidlər