Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi əlilini ziyarət edib

02 noyabr 2026 | 16:09

8 Noyabr Zəfər Günü ərəfəsində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 44 günlük Vətən müharibəsinin əlili Alıyev İlkin Əziz oğlunu evində ziyarət edib.

Ziyarət zamanı rayon rəhbəri qazinin səhhəti və müalicəsi ilə maraqlanıb, onun mövcud vəziyyəti barədə məlumat alıb. Bildirilib ki, Vətən müharibəsində iştirak edərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış və sağlamlığını itirmiş şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.

RİH başçısı dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, onların sosial problemlərinin həlli və gündəlik qayğılarının diqqətdə saxlanılmasının prioritet məsələlərdən olduğunu vurğulayıb.

44 günlük Vətən müharibəsinin əlili İlkin Alıyev dövlət tərəfindən qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

 

 

 

 

 

 

Keçidlər