RİH başçısının Əlimərdanlı kəndində səyyar vətəndaş qəbulu keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əlimərdanlı kəndində səyyar vətəndaş qəbulu keçirilib.
Əlimərdanlı kəndində keçirilən qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər. Səyyar qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti üzrə nəzarətə götürülərək müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri səyyar qəbulların onların müraciətlərinin yerində dinlənilməsi, operativ araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Sonda kənd sakinləri göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






