Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Aşağı Quşçu kəndində səyyar qəbul keçirib

25 iyun 2026 | 16:34

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Aşağı Quşçu kəndində səyyar-qəbulu keçirilib.

 Qəbulda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov, müvafiq idarə, müəssisə və təşkilatların rəhbər və məsul şəxsləri iştirak ediblər.Qəbul zamanı əsasən sosial, məişət xarakterli problemlər müzakirə olunub. Müraciətlərin əlavə araşdırma tələb edən məsələlərlə bağlı müvafiq qurumlara tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

 Kənd sakinləri səyyar qəbulun onların müraciətlərinin vaxtında dinlənilməsi və problemlərin operativ həllinə imkan yaratdığını bildiriblər. Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 
Keçidlər