Tovuzda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Tovuz şəhərindəki Şəhidlər Xiyabanında, Qovlar şəhərində, Əlimərdanlı və Aşağı Quşçu kəndlərində anım mərasimi keçirilmişdir.
Tədbirlərdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, dini icma nümayəndələri, rayonun idarə, müəsissə və təşkilatların əmək kollektivləri, yerli sakinlər iştirak etmişdir. Minlərlə insan Şəhidlər Xiyabanına ziyarətə gəlmiş, şəhidlərin məzarı üzərinə gül dəstələri düzmüş, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov şəhid ailələri ilə görüşmüş, bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.