Çatax kəndində hesabat olmuşdur
“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Hesabatda ərazidəki idarə müəsisə kollektivlərinin, xidmət sahələrinin, kənd ictimayyətinin nümayəndələri iştirak etmişlər. Hesabatla çıxış eden Çatax kənd İƏD üzrə nümayəndə Eldar Abbasov Prezident cənab İlham Əliyevin ölkənin dünyanın ən islahatçıl ölkəsi sırası istiqamətində həyata keçirdiyi tədbirlərdən, xalqın həyat rifahını yaxşılaşdırmaq üçün gördüyü tədbirlərdən bəhs etmiş, Azərbaycanın, regionun aparıcı dövlətinə çevrilməsi üçün cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində əldə olunan nailiyyətlərdən danışmışdır.
Cənab Prezidentin müəyyənləşdirdiyi fəaliyyət proqramına uyğun olaraq rayon İcra Hakimiyyəti Başçısı cənab Məmməd Məmmədovun rayonda əhalini narahat edən sosial-iqtisadi problemlərin həlli sahəsində gördüyü işlərdən, Tovuz şəhəri ve rayonun digər yaşayış məntəqələrində görülən tikinti-quruculuq və abadlıq işlərindən bəhs etmişdir. Nümayəndə dağ kəndi insanlarının, onların həyat səviyyəsinin daim yaxşılaşdırdığına, sərhəd kəndi insanlarının problem və qayğılarına diqqətlə yanaşıb həll etdiyinə görə sakinlərin ölkə rəhbərliyinə minnətdarlığını çatdırmışdır.
Canlı müzakirə şəraitində keçən yığıncaqda ictimayyət nümayəndələri arzu, təklif və tənqidi qeydlərini bildirmişlər. Qoşa kənd sakini, ziyalı Mədəd Abdullayev qeyri-neft sektorunun inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində və turizmin inkişafı üçün görülən işlərdən razılığını bildirmişdir. Kənd ağsaqqalı Cavanşir Musayev əhalinin belə bir arzusunu dilə gətirmişdir ki, Çataxda və ətraf kəndlərdə aptek açılsa yaxşı olar. Eyni zamanda Çatax həkim ambulatoriyasının ixtisaslı həkim kadrı ilə təmin etdiyinə görə rayon rəhbərliyinə minnətdarlıq etmişdir. Qandallar kənd məktəbinin direktoru Rübabə Abbasova gənc nəslə, elim və təhsilin inkişafına daim qayğısına görə Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya anaların minnətdarlığını çatdırmışdır. Geniş müzakirələr şəklində və nümayəndəliyin fəaliyyətinə baxış kimi baş tutan hesabatda kənddə 250 yerlik elektron ATES-in qurulması, təbii qazla təminat, elektrik təsərrüfatının təmir və bərpa edilməsi, Çatax-Saladınlı yolunun Əsrik çayı hissəsində körpü salınması məsələlərini əməli təkliflər kimi səsləndirilmiş və onların həllinin müvafiq qurumlardan xahiş etmişlər.
Hesabat yığıncağında RİHB-nın Çatax kənd İƏD üzrə nümayəndəsinin 2018- ci ildəki fəaliyyəti kafi qiymətləndirilmişdir.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Bəhruzər Rüstəmov iştirak etmişdir.