Növbəti hesabat yığıncağı keçirilmişdir
“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində müvafiq qrafik üzrə hesabat yığıncaqlarının keçirilməsi davam edir. 15 yanvar tarixində müvafiq qrafik üzrə Abulbəyli kənd inzibati ərazi dairəsində yerli əhalinin iştirakı ilə hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, eyni zamanda rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilmiş, Abulbəyli kəndinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur.
Hesabat yığıncağı açıq fikir mübadiləsi və diskusiyalar şəraitində keçmiş, sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, Abulbəyli kəndinin müəyyən sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini səsləndirmiş, fikirlərini söyləmişlər.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova iştirak və çıxış etmişdir.