Tovuz rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncaq keçirilmişdir
28 fevral 2013-cü il tarixdə Aşıq Əkbər Cəfərov adına rayon mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağından əvvəl tədbir iştirakçıları Ümumilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar.
Hesabat yığıncağında Tovuz rayon İcra Hakimiyyəti başçısı cənab Tofiq Zeynalov məruzə ilə çıxış etmişdir. Hesabat məruzəsində 2012-ci ildə görülən işlər ətraflı təhlil olunmuş və 2013-cü ildə qarşıda duran vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
Məruzə ətrafında çıxışlarda rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin həyata keçirilməsi və quruculuq işlərinin aparılması ilə bağlı müəyyən təkliflər səslənmişdir. Sosial sifariş xarakterli təkliflərin yığıncağın qərar layihəsində nəzərə alınması tövsiyyə edilmişdir.
Hesabat yığıncağında Milli Məclisin deputatları İlyas İsmayılov və Rafiq Məmmədhəsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış etmişlər.
Hesabat yığıncağının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.