Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı kəndlərdə ipəkqurdu yetişdirən kümçülərlə görüşüb

26 may 2025 | 17:27

Azərbaycanda qeyri neft sektorunun aparıcı sahəsi olaraq aqrar sahəsinin inkişaf  etdirilməsi prioritet məsələ kimi qəbul edilmişdir. Aqrar sahəyə hərtərəfli dövlət dəstəyi artırılmış, kənd təsərrüfatının şaxələndirilməsi üçün ardıcıl işlər görülmüşdür. Bu məqsədlə qədim ənənələrə söykənən, geniş iş tutumlu sahələrdən biri kimi baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Tovuzda da baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan konkret vəzifələrin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun  Cəlilli və Aşağı Quşçu kəndlərində olan kümxanalarda barama yetişdirilməsinin mövcud vəziyyəti ilə tanış olub.

Kümdarlar tərəfindən icra başçısına məlumat verilib ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Onlar qeyd edib ki, mövcud yem potensialından səmərəli istifadə olunur. Cari ildə rayonda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılıb və hazırda ipəkqurdu 4-cü inkişaf mərhələsindədir.

Keçidlər