Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndində hesabat yığıncağı keçirilmişdir

12 yanvar 2019 | 16:00

“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının   Ağbulaq kəndində ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə ərazidə yaşayan əhali tam təmsil olunmuşdur. Hesabat məruzəsi ilə İH başçısının Ağbulaq kənd İƏD üzrə nümayəndəsi Kamil İbrahimov çıxış etmişdir.
Nümayəndə ilk öncə yığıncaq iştirakçılarının diqqətini 11 yanvar 2018-ci il tarixdə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin çıxışına yönəltmişdir. Qeyd etmişdir ki, Nazirlər Kabinetinin iclasında cənab Prezident keçən il ərzində ölkəmizdə uğurla həyata keçirilən daxili və xarici siyasət barədə müfəssəl məlumat vermiş, əldə olunan nailiyyətləri geniş təhlil etmiş, qarşıda duran hədəfləri müəyyənləşdirmişdir. Cənab Prezidentin çıxışı hər bir dövlət qurumu üçün fəaliyyət proqramıdır.
Sonra nümayəndə K. İbrahimov rayonda görülən tikinti-quruculuq və abadlıq işləri, rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə yığıncaq iştirakçılarına geniş məlumat vermişdir. Məruzədə Ağbulaq kəndinin sosial-iqtisadi inkişafı ətraflı təhlil olunmuş, 2018-ci ildə Ağbulaq kəndində yeni məktəb binasının tikintisinə, ərazidən keçən yolların əsaslı təmirinə, təhlükəsizlik məqsədilə həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıq ifadə olunmuş, sərhəd kəndlərinə göstərilən diqqət və qayğı yüksək dəyərləndirilmişdir.
Kənd sakinləri Qiyas Həsənov, Sabir Qafarov, Sakit Paşayev və başqaları çıxış edərək keçən il ərzində kəndin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri müsbət qiymətləndirmiş, Ağbulaq kəndinin təmas xəttində olan torpaqlarından istifadə məsələsi, kənddə inzibati bina tikintisi, 8 yeni yaşayış evinə təbii qaz çəkilməsi və başqa təkliflər səsləndirmişlər.
Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin məsul işçiləri Nazim İsmayılov və Cəmaləddin Abbasov  iştirak etmişlər.

Keçidlər