Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır

05 yanvar 2019 | 16:00

“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının   şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində müvafiq qrafik üzrə hesabat yığıncaqlarının keçirilməsinə başlamışdır. Hesabat yığıncaqlarında 2018-ci ilin yekunları ilə bağlı əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat verilir, ərazinin sosial-iqtisadi inkişafı istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilir. Yanvar ayı ərzində 43 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə hesabat yığıncaqlaırnın keçirilməsi nəzərdə tutulur.
3-5 yanvar 2019-cu il tarixlərində rayonun Ağacqala, Qaralar və Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir.
Hesabat yığıncaqlarında keçən il ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələr, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri, humanitar sahədə görülən işlər barədə məlumat verilmiş, ərazinin sosial-iqtisadi inkişafı geniş təhlil olunmuşdur.
Hesabatlarda sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, bir sıra sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini bildirmiş, həllinə kömək göstərilməsini xahiş etmişlər.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı aparatının  məsul işçiləri iştirak və çıxış etmişlər.

 

 

 

Keçidlər