Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

23 fevral 2013 | 16:00

22 fevral 2013-cü il tarixdə Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət evində “Xocalı soyqırımı”nın iyirmi birinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov çıxış etmişdir. O, 1992-ci il fevral ayının 25 dən 26-na keçən gecə Erməni millətci quldur dəstələrinin Xocalı şəhərində törətdikləri bəşəri cinayyətin-soyqırımın haqqında ətraflı danışaraq baş vermiş hadisələri bir daha yığıncaq iştirakçılarına xatırlatmışdır. T. Zeynalov Xocalı faciəsinin dünya ölkələrində soyqırım kimi tanıdılması ilə əlaqədar aparılan işlərdən, “Xocalıya Ədalət” kompaniyasının əhəmiyyətindən, ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə qüdrətinin artırılması istiqamətində görülən işlərdən danışmışdır.
Tədbirdə Tovuz rayon Mədəniyyət şöbəsinin nəznində fəaliyyət göstərən dram teatrının ifasında ədəbi-bədii kompazisiya nümayiş etdirilmişdir.

Keçidlər