Tovuzda 1 noyabr “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il noyabr ayının 1-i ölkəmizdə “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun kənd təsərrüfatı işçiləri Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən kənd təsərrüfatı işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük zəhməti nəticəsində ölkəmizdə aqrar sahədə ciddi islahatlar aparılaraq kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradılmışdır. Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafında aparıcı sahəyə çevrilib. Kənd təsərrüfatının intensiv inkişafı müasir texnologiyaların tətbiqindən birbaşa asılıdır və dövlət tərəfindən bu istiqamətdə hərtərəfli dəstək tədbirləri ilə aqrar sahənin inkişafında yeni dönüş mərhələsi başlamışdır.
Kənd təsərrüfatı işçiləri onlara yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişlər.
Sonda xatirə şəkili çəkilmişdir.