RİH başçısının Əlimərdanlı kəndində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əlimərdanlı kəndində səyyar qəbul-görüşü keçirilib.
M.Musayev adına Əlimərdanlı kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbul-görüşdə Tovuz Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı Əlimərdanlı kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən müraciətlərin mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Əlimərdanlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.