İcra başçısının Tovuz şəhərində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Tovuz şəhərində səyyar qəbul-görüşü keçirilib.
Tovuz şəhərində təşkil olunan səyyar qəbulda hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və Tovuz şəhər sakinləri iştirak ediblər.
Qəbul zamanı Tovuz şəhər sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Tovuz şəhər sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, rayonda görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.