İcra başçısının Qədirli kəndində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Qədirli kəndində səyyar qəbul-görüşü keçirilib.
C.Sadıqov adına Qədirli kənd tam orta məktəbinin binasında keçirilən səyyar qəbul-görüşdə hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Qədirli kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Qədirli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, rayonda görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.