Tovuz rayon sakininə 3-cü dərəcəli “Əmək” ordeni təqdim olundu
“Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 25 dekabr 2018-ci il tarixli Sərəncam qəbul etmişdir.
Həmin Sərəncamla təltif olunanlardan biri də Tovuz rayon sakini Məmmədov Fərhad Əli oğludur. Fərhad Məmmədov uzun müddət fərdi təsərrüfatla məşğul olduğuna və kənd təsərrüfatı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Cənab Prezidentin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
Bu gün İH başçısı aparatında ordenin təqdi etmə mərasimi keçirilmişdir. Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək Fərhad Məmmədovun timsalında tovuzluların əməyinə verilən bu qiymətə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və qeyd etdi ki, tovuzlular həmişə olduğu kimi dövlətimizə sədaqət nümunəsi göstərərək bütün sahələrdə cənab Prezidentin etimadını doğruldacaqlar.
Cənab Məmməd Məmmədov 3-cü dərəcəli “Əmək” ordenini və vəsiqəni Fərhad Məmmədova təqdim etdi.
Sonda Fərhad Məmmədov çıxış edərək əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.