Şriftin ölçüsü :

Saytın rəngi :

Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada bayram şənliyi keçirilmişdir

28 dekabr 2018 | 16:00

Tovuz rayonun Qovlar şəhərində yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təhsil alan şagirdlərin iştirakı ilə  bayram şənliyi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçriilən şənlikdə İH başçısının birinci müavini Rəşad Zeynalov və məktəbin direktoru Eldar Hümmətov çıxış edərək məktəbin pedaqoji kollektivini və şagirdləri  qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişlər.
Sonra valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan 102 nəfər şagirdə bayram hədiyyələri verilmişdir.
Tədbir iştirakçıları süfrə arxasında onlar üçün hazırlanmış bədii-əyləncəli proqramı seyr etmişlər.

Keçidlər