Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz: Abadlaşan yeniləşən məkan

27 dekabr 2018 | 16:00

Tovuz rayonu coğrafi cəhətdən dağlıq və aran əraziyə malik olan münbit torpağı füsunkar təbiəti ilə məhşur bölgələrdən biridir. Rayonun dağlıq ərazisi iqtisadiyyatda ən gəlirli sahə sayılan turizmin inkişafı üçün bütün parametrləri özündə cəmləşdirir. Bura təbii bulaqlar, sıx meşəliklər və qədim abidələrlə zəngindir. Son dövrlərdə ölkə Prezidenti Cənab ilham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən çətin relyefə malik dəniz səviyyəsindən təxminən 1500-2000 m yüksəklikdə yerləşən dağ kəndlərinə çəkilən müasir standartlara cavab verən asfalt yollarının çəkilişi onsuzda təbii gözəlliyə malik olan Tovuza ecazkar bir mənzərə bəxş edir. Bu yolların çəkilişi rayonda ekoturizmin inkişafına öz müsbət təsirini göstərir. Belə ki, bölgəyə gələn turistlərin sayında əvvəlki illərə nisbətən artım müşahidə olunur. Eyni zamanda bu yolların çəkilişi sakinlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarını rayon bazarına eləcə də respublikanın digər bölgələrinə vaxtında və əziyyətsiz çatdırmağa imkan verir. Qeyd etmək lazımdır ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında Tovuzun xüsusi yeri vardır. Rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı və infrastruktur layihələrin həyata keçirilməsi sürətlə davam etdirilir. Rayonda “Çoxmənzilli binaların təmiri” işləri üzrə Düz Cırdaxan kəndində 8 ədəd, Qovlar şəhərində 2 ədəd 2 mərtəbəli yaşayış binalarında təmir etdirilmişdir.
“Tovuz rayonunda abadlıq işləri” xətti ilə Tovuz şəhərinin H.Aslanov kücəsi və H.Əliyev prospektində  səkilərə 2860 kvm tomet tavalar döşənmiş, 2025 metr uzunluqda beton bort daşları düzulmüşdür, Qovlar şəhərində yerləşən Dostluq parkında söhbətgah qurulmuş, su xətti çəkilmişdir,
 “Mənzil Fondunun əsaslı təmiri işləri” xətti ilə Tovuz şəhəri Y.Sadıqov, M.Ə.Rəsulzadə küçələrində, Bozalqanlı yaşayış massivində bir mərtəbəli yaşayış evləri, Qovlar şəhəri Azadlıq küçəsində yerləşən iki mərtəbəli yaşayış binası təmir edilmişdir.
“Tovuz rayonunda yolların əsaslı təmiri” xətti ilə Tovuz şəhərində Z.Əliyeva, F.Ələbərov, İ.Qasımov, E.Quliyev, M.F.Axundov, X.Mirzə, Qovlar şəhərində X.Məmmədov küçələrində asfalt döşəmə vurulmuşdur. Əsrik Cırdaxan-Kirən-Saladınlı kəndlərarası avtomobil yolunun tikintisi başa çatdırılmışdır.  Qovlar İnternat Məktəbində əsaslı təmir işləri başa çatdırılmış, Ağbulaq kənd orta məktəbi istismara verilmişdir. Qovlar şəhərində 2 saylı körpələr evi-uşaq bağçasının tikinti işləri davam etdirilmişdir. Qoşa, Qayadibi, Sarıtala, Hacıhəsənlı, Quşçu Qaralar və Şamlıq kəndlərində modul tipli məktəbləri quraşdırılıb müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
Tovuz şəhərində “Tarix Diyarşunaslıq Muzeyi” və “Bayraq Muzeyi”nin tikintisində işlər sürətlə davam etdirilir. Yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir. Bundan başqa  Asan Xidmət Mərkəzi”nin tikintisində işlər davam etdirilir. 
Rayonda “Aqropark”in tikintisi davam etdirilmiş, Düz Qırıqlı kəndində “Kənd təsərrüfatı məhsullarının qablaşdırılması” müəssisəsinin tikintisi başa çatmaq üzrədir.
Tovuz şəhərinin, Cilovdarlı, Əlimərdanlı, Xatınlı, Qaraxanlı, və Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihələr başa çatdırılmış, əhali ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, bu da uzun müddətdir ki, göstərilən yaşayış məntəqələrində sakinlərin içməli su ilə bağlı çəkdikləri əziyyətə son qoymuşdur. Sözsüz ki, həyata keçirilən bu layihə əhali tərəfindən çox yüksək qarşılanmışdır. Bununla yanaşı  Tovuz şəhərinin içməli su təchizatının yaxşılaşdırılması işləri başa çatmaq üzrədir.
 Hunanlar və Əlimərdanlı kəndlərinin qazlaşması işləri davam etdirilir.
Tovuz aqrar sahənin yüksək təşəkkül tapdığı rayonlardan biridir. Bu baxımdan   aqrar sahədə aparılan işlər daim diqqət mərkəzində saxlanılır.
Rayon üzrə 164 milyon 583 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Cari ilin məhsulu üçün rayonda 36 min 484 hektar sahədə kənd təsərrüfat bitkiləri əkilmişdir. Bundan 65 min 798 ton dənli bitkilər, 3 min 200 ton qarğıdalı, 141 min 477 ton kartof, 25 min 19 ton tərəvəz, 574 ton bostan bitkiləri, 61 ton günəbaxan, 18 min ton şəkər çuğunduru,  9 min   874 ton meyvə və giləmeyvə, 7 min 375 ton üzüm,  28 min 684 ton yem bitkiləri istehsal olunmuşdur. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,1 faiz artaraq 32,1 sentner, o cümlədən buğdanın məhsuldarlığı 32,4 sentner olmuşdur. Tovuzda sahibkarlığın inkişafı üçün tam münbit şərait yaradılmışdır.  Bu mövsümdə fermerlər istixanalarda yetişdirilmiş məhsulun satışından  3 milyon 813 min manat, qızdırılmayan selofan altı yerkökü  əkinlərindən isə 3 milyon 500 min manat gəlir əldə etmişlər. Bu gəlirli sahənin genişləndirilməsi üçün müasir tipli istixanaların tikintisi planlaşdırılır. Qeyd etmək lazımdır ki, istehsal olunan ekoloji təmiz məhsul ölkə bazarlarında bolluq yaratmaqla yanaşı xarici ölkələrə də ixrac olunmuşdur. Bu isə öz növbəsində ölkəyə valyuta axınına zəmin yaratmışdır. Eyni zamanda insanların məşğulluğunun təminatı həyata keçirilmişdir.
Məlumdur ki, Tovuz üzümçülüyün yüksək inkişaf etdiyi rayonlardan biri olmuşdur.Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində bir çox sahələrdə olduğu kimi üzümçülüyün inkişafı da tənəzzülə uğradı. Yalnız ölkə Prezidenti Cənab ilham Əliyevin tapşırığından sonra üzümçülüyün inkişafı Tovuzda öz inkişaf dövrünü yaşamağa başladı. Təsadüfi deyil ki, Ölkə Başçısı bildirmişdir ki, “üzümçülük mənzərəni də gözəlləşdirir,  bölgəyə tam yeni bir mədəniyyət gətirir”.
 Son illər rayonda fermerlər üzümçülüyün dirçəldilməsinə maraq göstərirlər. Hazırda üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılmışdır.  Bu il rayonda 7 min 375 ton məhsul istehsal olunmuşdur.  Bu ötən illə müqayisədə 1094 ton çoxdur. Cari ildə 5 hektar sahədə yeni üzüm bağları salınmışdır.
Üzümçülüyün inkişafı özü ilə bərabər emal sənayesinin yaradılması zərurətini də ortaya qoyur. Emal müəssisəsinin yaradılması üçün rayon rəhbərliyi sahibkarlara müraciət edir və onlara lazımi dəstəyini təklif edir.
 Rayonda kənd təsərrüfatının ənənəvi sahələri inkişaf edir. 2016-cı ildə rayon üzrə cəmi 1 ton 560 kiloqram, 2017-ci ildə 6 ton 870 kiloqram barama istehsal edildiyi halda cari mövsümdə barama istehsalı 9 ton 781 kiloqrama çatdırılmışdır. Baramaçılığın inkişafı istiqamətində həyata keçirdiyimiz tədbirlər növbəti illərdə bu sahənin daha da genişləndirilməsinə imkan verəcəkdir. Bundan ötrü ilk növbədə yem bazasının müəyyən edilməsi və barama otaqlarının hazırlanması zəruridir.
Tovuz tütünçülüyün inkişafı üçün əlverişli bölgələrdən biri sayılır. bu il 50 ha sahədə tütün əkilmiş və bu sahədə 200 nəfər işçi qüvvəsi çalışmışdır. Sahələrdə yetişdirilən tütün yarpaqları qurudulmuş və tədarük məntəqələrinə verilmək üçün hazır vəziyyətdədir. Artıq qurudulmuş tütünün tədarük məntəqələrinə daşınmasına başlanılmışdır.
Rayonda heyvandarlığın inkişafı məsələləri diqqət mərkəzində saxlanılır.  Rayonda  6 min 478 ton ət, 30 min 24 ton süd, 15 milyon 280 min ədəd yumurta, 410 ton yun  istehsal olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə  ət istehsalı  71 ton, süd istehsalı 120 ton, yumurta istehsalı 300 min ədəd, yun istehsalı 500 kiloqram artmışdır.
Rayonda heyvandarlıq istiqamətli Aqroparkın tikintisi başa çatmaq üzrədir. Hesab edirik ki, burada heyvandarlıqda məhsuldarlığın artırılması hesabına ümumi məhsul istehsalının artımı da təmin olunacaqdır.  Eyni zamanda Aqroparkda 100 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.
Rayon iqtisadiyyatına özəl sərmayə qoyulmuşdur. Rayon iqtisadiyyatına 32 milyon 523 min manat investisiya qoyulmuş, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çoxdur. İnvestisiyanın 11 milyon 701 min  manatı qeyri-dövlət, o cümlədən, 4 milyon 438 min manatı özəl sərmayədir. Əkinçilikdə bol məhsul əldə olunması birbaşa suvarmanın vaxtı-vaxtında həyata keçirməsindən asılıdır. Bununla bağlı olaraq rayonda bu sahədə bir çox nailiyyətlər əldə olunmuşdur. Tovuzçay su anbarı üzərində nasos stansiyasının quraşdırılması başa çatdırılmışdır. Hazırda “Ağdağ” adlanan əraziyə və Yuxarı Öysüzlü kəndinin yuxarı sahələrinə suyun vurulması üçün ikinci pillə nasos stansiyasında quraşdırma işləri aparılır. Cənab Prezidentin sərəncamına əsasən  2018-ci ildə rayonda 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Hal-hazırda subartezian quyularında son tamamlama işləri görülür.  Növbəti ildə də bu işlər davam etdiriləcəkdir.
Torpaqların dayanıqlı suvarma suyu ilə təmin edilməsi  üçün sınaqdan çıxmış texnologiyaların tətbiq olunmasına önəm verilməlir. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzi, Aqrolizinq ASC-nin rayon şöbəsi, Suvarma Sistemləri idarəsi bu sahədə fermerlər arasında maarifləndirmə işlərini daha da genişləndirirlər.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən hüquqi və fiziki şəxslərə kənd təsərrüfatının inkişafı məqsədilə 33 layihə üzrə  4 milyon 645 min manat  kredit verilmişdir. Digər banklardan 6 min 513 fiziki şəxsə 17 milyon 232 min manat vəsait verilmişdir.
Rayonda 1692 yeni iş yeri açılmışdır. Bunlardan 987-si daimi iş yerləridir.
2018-ci ildə 413 ailəyə elektron müraciət əsasında ünvanlı dövlət sosial yardımı ödənilib ki, bunun da aylıq məbləği  66 min 780 manat təşkil edir.
Cənab Prezident həmçinin binaların həyətlərinin abadlaşdırılması, orada yaşlı insanlar, eyni zamanda uşaqlar üçün şərait yaradılması, qanunsuz tikililərin sökülməsi barədə göstəriş vermişdir. Rayonda da əlaqədar qurumlar bütün ictimai yaşayış binalarının həyətlərindəki vəziyyəti yerində öyrənməli, müvafiq tədbirlər görməli və təkliflər verməlidirlər.
Son vaxtlar rayonda ətraf mühitin mühafizəsi, məişət tullantılarının yığılması sahəsində müəyyən irəliləyiş müşahidə olunur. Vaxtilə yerlərdə fəaliyyət göstərmiş “Təmizlik” müəssisələrinin fəaliyyətinin qısa müddət ərzində bərpa olunması barədə tapşırıqlar verilmişdir. hər yerdə təmizlik, səliqə səhman olsun. Plastik tullantıların yığılması üçün parklarda tutumların qoyulması təqdirəlayiq bir işdir. Şəhərin digər yerlərində də bunların sayının artırılmasını vacib hesab edilir. 
 Təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclərlə iş, hərbi vətənpərvərlik tərbiyəsi, bədən tərbiyəsi və idman sahələrində, məktəbəqədər təhsil müəssisələrində aparılan işlər davam etdirilir.  İctimai  birliklər, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə fəaliyyətimizi qarşılıqlı şəkildə qururuq. İctimai-siyasi vəziyyət və kriminogen durum sabitdir. Radikal-dini təriqətlərə meylli qruplar yoxdur.
 “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq  RİH başçısı yanında Şuranın  iclaslarının vaxtlı-vaxtında keçirilməsi təmin olunmuş, yerlərdə İH başçısının səyyar qəbul-görüşləri keçirilmiş, vətəndaşların yazılı və şifahi müraciətlərinə  baxılmışdır.
Əminliklə qeyd etmək olar ki, Tovuz rayonu hazırki sürətli inkişaf tempini saxlamaqla gələn il daha yüksək nailiyyətlər əldə edəcəkdir.
                                                                 
                                                                                                                                                                                                                                                                   Vəli Vəliyev
                                                                                                                                                                                                                                                                 “Respublika”.

Keçidlər