Tovuzda körpələr evi-uşaq bağçalarında bayram şənlikləri davam edir
Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasında 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova və RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva iştirak etmişlər. RİH başçısının müavini Təranə Bayramova qarşıdan gələn bayramlar münasibətilə körpə fidanları, bağçanın müəllim kollektivini təbrik edib, xoş arzularını bildirib.
Bayram şənliyində uşaqların ifasında vətənə, həmrəyliyə və yeni ilə həsr olunmuş şerlər, mahnılar səslənmiş və mili rəqs nömrələri nümayiş etdirilmişdir. Balacaların göstərdikləri yeni il səhnəcikləri maraqla izlənilib. Bağçada şaxta babanın və qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və uşaqlarla rəqs etməsi onların hədsiz sevincinə səbəb olmuşdur.