Şriftin ölçüsü :

Saytın rəngi :

01 fevral 2013-cü il tarixdə Tovuz rayonunda 2 fevral Gənclər Günü münasibətilə Tovuz Olimpiya İdman Kompleksində toplantı keçirilmişdir

03 fevral 2013 | 16:00

01 fevral 2013-cü il tarixdə Tovuz rayonunda 2 fevral Gənclər Günü münasibətilə Tovuz Olimpiya İdman Kompleksində toplantı keçirilmişdir. Toplantıda rayon gəclərinin, əmək kollektivlərinin, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının və rayon idmançılarının nümayəndələri iştirak etmişlər.
İlk öncə rayon rəhbərliyinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstləri qoyulmuşdur.
Toplantını giriş sözü ilə açan Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini, onu yeni müasir çalarlarla zənginləşdirdiyini, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün dövlətimizin hərtərəfli qayğı göstərdiyini bildirmiş, tədbir iştirakçılarını “Gənclər günü” münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışdır.
Toplantıda çıxış edən natiqlər gənclər siyasətinin rayonda həyata keçirilməsi sahəsində görülən işlərdən razılığını bildirmiş, qaşıda duran vəzifələrdən danışmışlar. Toplantının sonunda 2012-ci il ərzində ayrı-ayrı sahələrdə nailiyyətləri ilə fərqlənən gənclər rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif edilmişlər.
 

Keçidlər